Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi ölkədə koronavirusa ilk yoluxma hadisəsinin qeydə alındığını bildirib.
Pravda.az-ın xəbərinə görə, nazirlik qeyd edib ki, laboratoriya araşdırmaları Bəhreyn vasitəsilə İrandan gələn Səudiyyə Ərəbistanı vətəndaşında yeni koronavirusa yoluxma hadisəsini təsdiqləyib.