İsrailin baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Pravda.az xəbər verir ki, tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın “Rete-4” telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər. Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
Bəyanatda deyilir ki, Bennet və Putin telefon danışığı zamanı “Rusiya xarici işlər naziri Lavrovun bəyanatlarını müzakirə ediblər”. “Baş nazir Lavrovun sözlərinə görə prezident Putinin üzrxahlığını qəbul edib və prezidentin yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”,-deyə bildirilib.
APA
Putin üzr istədi