Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər

1 412
Paylaş:
Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər

“Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Donetsk, Luqansk və Xerson vilayətlərinin ilhaqını elan edə bilər”.


Pravda.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib. 


Onun sözlərinə görə, indi Kremldə iki qruplaşma var. Onlardan biri Putinə mayın 9-da işğal olunmuş ərazilərin ilhaqını elan etmək lazım olduğunu deyir. 


“Bir qruplaşma deyir ki, Donetsk və Luqansk vilayətlərinin, hətta Xerson vilayətinin, eləcə də hazırda Zaporojyedə işğal olunmuş ərazilərin ilhaqını mayın 9-da elan etmək lazımdır. İkinci tərəf deyir ki, ilhaq olarsa, Rusiyanın gələcək danışıqlar üçün əks reaksiya şansı olmayacaq”, - Denisenko bildirib.


Qafqazinfo 

Paylaş:

Ən son xəbərlər