ABŞ-ın Rusiyaya qarşı sanksiyaları çərçivəsində rusiyalı oliqarx Süleyman Kərimova məxsus 300 milyon dollarlıq 107 metrlik “Amadea” adlı lüks yaxta ABŞ Ədliyyə Departamentinin tələbi və ABŞ-ın dəstəyi ilə Ficinin Lautoka şəhərində Federal Təhqiqat Bürosunun (FTB) qüvvələri tərəfindən ələ keçirilib.
ABŞ Ədliyyə Departamentinin baş prokurorunun köməkçisi Liza Monako Departamentin “qara pullar”la alınan hər yaxtanı müsadirə edəcəyini deyib.