Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

“Bəziləri deyirlər ki, parlamentin ömrü uzun olmayacaq” - Sabiq deputat

1 351
Paylaş:
“Bəziləri deyirlər ki, parlamentin ömrü uzun olmayacaq” -   Sabiq deputat

“Hər şeyi zaman göstərəcək. Yeni parlamentin taleyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri deyirlər ki, bu parlamentin ömrü uzun olmayacaq, müəyyən vaxtdan sonra parlament yenidən buraxılacaq. Amma bu parlamentin nə qədər fəaliyyət göstərəcəyi, onun ömrünün nə qədər uzun olacağını indidən dəqiq demək çətindir”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sabiq deputatı Alqış Musayev deyib.

“Düşünürəm ki, yeni parlamentin üzərinə böyük məsuliyyət düşür – perspektiv planlar var. Yəqin ki, yeni tərkib bu məsuliyyəti dərk edərək, müəyyən addımlar atacaq. Mən düşünürəm ki, ölkədə yeni bir referendumun keçirilməsinə, konstitusiya islahatlarına böyük ehtiyac var. Nəzərə almaq lazımdır ki, əhalimizin sayı artır. Artıq ictimai bir qənaət var ki, deputatların sayı artırılmalıdır. İctimai fikirdə özünə yer etmiş iddialardan, təkliflərdən biri də bundan ibarətdir ki, Azərbaycanda parlamentli respublikanın bərqərar olması üçün müəyyən əsaslar yaranıb. Baxmayaraq ki, mən bunun əleyhinəyəm. Mən düşünürəm ki, Azərbaycanda prezidentlik institutu, güclü mərkəzi hakimiyyət olmalıdır. Ona görə də bütün bu təkliflər, fikirlər parlament səviyyəsində, hüquqi müstəvidə müzakirələrdən keçib öz həllini tapmalıdır. Bu baxımdan mən düşünürəm ki, yeni tərkibdə olan parlament bütün hallarda islahatların həyata keçirilməsində ancaq faydalı, müsbət işlər görəcək. Mən buna inanıram” – A.Musayev qeyd edib.Teleqraf.com

Paylaş:

Ən son xəbərlər