Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

“Rusiya mayın 9-u Ukraynaya müharibə elan edəcək”

1 358
Paylaş:
“Rusiya mayın 9-u Ukraynaya müharibə elan edəcək”

“Rusiya mayın 9-u Ukraynaya qarşı müharibə elan etmək niyyətindədir”.


Pravda.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal deyib.


O bildirib ki, tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiyanın mayın 9-da belə bir addım atmaq niyyəti var.


Qeyd edək ki, son günlər Rusiya Prezidenti Vladimir Putinin mayın 9-u Ukrayna ilə bağlı hər hansı strateji qərarlar verəcəyi fəal olaraq müzakirə olunur. Ukrayna kəşfiyyatı belə hesab edir ki, Rusiya mayın 9-dan səfərbərliyə başlamağa hazırlaşır.

Paylaş:

Ən son xəbərlər