Ukrayna Prezidenti Volodimir Zelenskinin jaketi Londonda 90 min funt-sterlinqə (110 min dollar) satılıb.
Geyim mayın 5-də Sotheby's hərrac evinin təşkil etdiyi xeyriyyə hərracında satılıb.
Satışlar başlamazdan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson auditoriya qarşısında çıxış edərək, potensial alıcıları daha fəal şəkildə təklif verməyə çağırıb. Lotun ilkin dəyəri 50 000 funt sterlinq (61 000 dollar) olub.