Ukrayna qırıcıları son sutka ərzində Rusiyanın 14 hava hədəfini vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığı “Telegram”da məlumat yayıb.
“73 günlük qəhrəmancasına qarşıdurma. Rusiya Xəzər regionundan "Tu-95MS" və ya "Tu-160" strateji bombardmançı təyyarələrinin 10-a yaxın qanadlı raketləri ilə Ukrayna ərazisinə raket hücumu həyata keçirib. Hədəflər hava hücumundan müdafiə qüvvələri tərfindən məhv edilib”, - deyə məlumatda qeyd olunub.