69 yaşlı Rusiya lideri Vladimir Putinin 38 yaşlı gimnast sevgilisi Alina Kabayevanın hamilə olduğu iddia edilib.
Sfera.az bildirir ki, eyni zamanda Putinin daha uşaq istəmədiyi və Kabayevanın yenidən hamilə olduğunu eşidəndə səssizləşib özünə qapandığı irəli sürülüb. Mənbələrin bildirdiyinə görə, Qələbə günü xəbərin ortaya çıxması güc nümayiş etdirəcək Rusiya prezidentini qəzəbləndirib. Parkinson və ya xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilən Putinin güc nümayişinə zərər vuracaq heç bir şey istəmədiyi vurğulanıb.