"Bir milyondan çox ukraynalı zorla Rusiyaya aparılıb".
Bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova “Facebook” səhifəsində məlumat verib.
"Hazırda Rusiyada 1 milyon 185 mindən çox vətəndaş, o cümlədən 200 min uşaq var. Bizdə onların Rusiyaya məcburi aparıldığını göstərən dəlillər var”, - deyə o, bildirib.