Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 sayli Bakı ərazi İdarəsini məhkəməyə verib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə rayon təşkilatı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, Xəzər rayon təşkilatı qeyri-yaşayış sahəsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Mehriban Qarayevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədovdur.
Bundan başqa, YAP Nəsimi rayon təşkilatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 sayli Bakı ərazi İdarəsini məhkəməyə verib. Bu barədə rayon təşkilatı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Nəsimi rayon təşkilatı qeyri-yaşayış sahəsi üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Pərviz Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovdur.
Kamal Məmmədov