Məşhur avstraliyalı musiqiçi Nik Keyvin oğlu Cetro Lazenbi dünyasını dəyişib.
Bu barədə Keyv özü məlumat verib.
31 yaşlı Cetro Lazenbi modellik edib və bir neçə filmdə, o cümlədən 2011-ci ildə İzabel Yupperin baş rolda çəkildiyi “Balaca şahzadə” filmində rol alıb. O, ötən ay Melburndakı evində anasına qarşı amansız hücuma görə həbs edilib. Jetroya şizofreniya diaqnozu qoyulmuşdu.