Nəsimi Rayon Məhkəməsində “Dimed" MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.
Qeyd: "Dimed" MMC-nin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4 -cü (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Kamal Məmmədov