Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Hulusi Akar Oleksiy Reznikovla danışdı

1 162
Paylaş:
Hulusi Akar Oleksiy Reznikovla danışdı

Türkiyənin müdafiə naziri Hulusi Akar və  Ukraynanın müdafiə naziri Oleksiy Reznikov arasında telefon danışığı olub.

Pravda.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə nazirliyi məlumat yayıb.

Söhbət zamanı Ukrayna limanlarında gözləyən Türkiyə ticarət gəmilərinin və A400M təyyarələrinin Türkiyəyə təhlükəsiz daşınması müzakirə edilib. Hulusi Akar, həmçinin tez bir zamanda atəşkəsin əldə olunmasının vacibliyini vurğulayıb.

O əlavə edib ki, Türkiyə indiyə qədər olduğu kimi Ukraynada sülhün bərqərar olması və humanitar yardımın göstərilməsi üçün bundan sonra da üzərinə düşəni etməyə davam edəcək.

Paylaş:

Ən son xəbərlər