Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Marginal qruplaşmalar bəhanə axtarır, adi kriminal hadisələri şişirdərək cəmiyyətə təqdim edirlər”

1 325
Paylaş:
Deputat: “Marginal qruplaşmalar bəhanə axtarır, adi kriminal hadisələri şişirdərək cəmiyyətə təqdim edirlər”

“Dünyada baş verən siyasi katakalizmlər, müharibə və münaqişələr yeni siyasi arxitektura formalaşdırıb. Xüsusilə də dövlət müstəqilliyi yüz illərlə ölçülməyən kiçik dövlətlər üçün belə çətin dövrdən üzüağ çıxmaq çox çətindir. Azərbaycan həmin ölkələrdəndir ki, cəmi 30 illik müstəqillik tarixinə malik olmasına və mürəkkəb relyefi olan regionda yerləşməsinə baxmayaraq, bütün problemlərə sinə gərərək torpaqlarını XXI əsrdə beynəlxalq hüquq normalarına əməl edərək işğaldan azad edib. Azərbaycan yeni siyasi konfiqurasiya formalaşdırıb və bölgənin lider ölkəsidir. Radikal müxalifət isə hələ də öz ampulasındadır. Onlar təkcə iqtidar və hökumətlə deyil, həm də dövlətlə müxalifətçilik etmək yolunu tutublar. Radikal müxalifət hər şeyə “qara” deməklə müxalifətçilik etdiyini düşünür. Təəssüf ki, həmin dairələr müasir dövrün tələblərini anlamırlar. Müxalifət özünü yeniləməli, arxaikləşmiş siyasi şüar və ideyalardan əl çəkməli, çevik siyasət həyata keçirməlidir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bir qrup ictimai fəalın Bakının mərkəzinə mitinq təyin etməsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, marginal qruplaşmalar bəhanə axtarır, adi kriminal hadisələri şişirdərək cəmiyyətə təqdim edirlər: “Bütün bunlar əbəsdir, çünki bu gün Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Sözsüz ki, radikal müxalifətə inananlar çox kiçik kütləni əhatə edirlər. Yəni, xalqın böyük əksəriyyəti Ali Baş Komandan, Prezident İlham Əliyevi dəstəkləyir, onun siyasətinin tərəfdarıdır. Ölkədə baş vermiş qanunsuz əməllərlə bağlı hüquq-mühafizə orqanları çevik reaksiya verir. Əgər hansısa jurnalist və ya siyasi fəal təhdid edilibsə, təbii ki, məsələnin həll olunması üçün tədbir görülməlidir. Azərbaycan hüquqi dövlətdir və qanunlar hər kəs üçün bərabərdir, heç kim qanundan üstün deyil. Fikrimcə, müasir Azərbaycan dövləti vətəndaşının hüquqlarını müdafiə etmək üçün aktivlik göstərir və cinayət predmeti olan hadisələr barədə tədbir görür. Baş verən hadisələri siyasi şouya çevirməyə qətiyyən ehtiyac yoxdur”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər