Bu yaxınlarda İran mediası xəbər yayıb ki, İranın Məşhəd şəhərindəki qadın gözəllik salonlarında insanların qeyri-ənənəvi paltarlar geyinməsi, habelə dırnaq qaynağı və bədənin gizli yerlərinə tatuların vurulması və epilyasiyası qadağandır.
Pravda.az-ın xəbərinə görə, bu barədə “Dideban-e İran” saytı məlumatlı mənbəyə istinadən yazıb ki, bu göstəriş İranın Yaxşı İşlərə Dəvət Etmə və Pis İşlərdən Çəkindirmə Qərargahının əmri ilə və epilyasiyanın "böyük günah" hesab edilməsi səbəbilə verilib.