“Mover” MMC-yə (Mover.az) daha bir cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elməddin Hüseynov icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd: “Mover” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Şəmistanlı Arif Hacı oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 100 manat, dövlət qeydiyyatına alındığı tarix isə 04.12.2015-ci ildir.
Xatırlatma: Daha əvvəl MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilmişdi.
Qeyd: Mover.az xaricdən ölkəyə mal gətirən şirkətdir.
Kamal Məmmədov