Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirməklə qüdrətli Azərbaycan qurmağı bacarıb” - RƏY

1 102
Paylaş:
“Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirməklə qüdrətli Azərbaycan qurmağı bacarıb” -       RƏY

“Mayın 10-da Ümumilli lider, dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 99-cu ili tamam oldu. Əlbəttə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə - Füzuli və Şuşaya məhz həmin gündə səfər etmələrinin böyük rəmzi mənası var. Ulu öndər Heydər Əliyev həyatının bütün hissəsini Azərbaycan xalqına, dövlətin inkişafı və tərəqqisinə bəxş edib. Ona görə də mayın 10-da Ulu Öndərin 99-cu ildönümündə Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri Heydər Əliyevin başlatdığı işlərin davamı kimi qiymətləndirilə bilər. Müstəqilliyimiz bərpa edildikdə sonra Heydər Əliyev hər zaman qeyd edirdi ki, biz işğala məruz qalmış torpaqlarımızın hər birini azad edəcək və torpaqların əsl sahibi kimi həmin ərazilərə mütləq qayıdacağıq”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev 2003-cü ildən bu günə qədər Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirməklə qüdrətli Azərbaycan qurmağı bacarıb: “Nəticədə, güclü ordu və müstəqil iqtisadiyyatın formalaşmasına nail ola bilmişik. Uğurlu siyasət sayəsində Vətən sevgisi ilə yaşayan gənclər yetişib, milli həmrəyliyimiz heç zaman olmadığı qədər möhkəmlənib. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin düzgün qurduğu strategiya nəticəsində Azərbaycan tarixinin ən parlaq qələbəsini qazanıb, torpaqlarımız işğaldan azad edilib. Bununla da Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirib. Ötən gün Prezident İlham Əliyevin Şuşada bir sıra tədbirlərdə iştirak etməsi, infrastruktur layihələrinin yenidən qurulması, dini abidələrin bərpası ilə yaxından tanış olması bir daha sübut etdi ki, Ulu öndərin ideyaları yaşayır. Bununla yanaşı, Prezident Şuşa şəhərindən Azərbaycan xalqına müraciətində Ümumilli liderin həyat və fəaliyyəti barədə söhbət açdı. Cənab İlham Əliyev torpaqların əsl sahiblərinin geri qayıtdığını bir daha əmin şəkildə vurğuladı".

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər