Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda müğənni hotelə apardığı həmkarını döydü - ÖZƏL

1 640
Paylaş:
Bakıda müğənni hotelə apardığı həmkarını döydü -     ÖZƏL

Binəqədi Rayon Məhkəməsində qadını döyməkdə təqsirləndirilən Səməd Əkbərovun (ad, soy adı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Səməd Əkbərov Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Bildirilib ki, o, zərərçəkmiş şəxslə barışıq əldə edib və vurulmuş ziyanı ödədiyib. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.

Səməd Əkbərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından azad edilib.

Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

İttihama görə, hadisə 07.03.2021-ci il tarixdə saat 03.00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Vulkan” hoteldə qeydə alınıb.

Belə ki, Səməd Əkbərov tanışı Vəfa Əsgərova (ad, soy adı şərti) ilə hoteldə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olub. Daha sonra qadın kişiyə onu yaşadığı evə aparmasını tələb edib.

Səməd isə buna razılaşmayıb və tərəflər arasında mübahisə yaranıb. Bu zaman Səməd Vəfanın sağ və sol bazu, həmçinin sağ və sol bud hissələrindən bir neçə dəfə şillə ilə vuraraq ona xəsarətlər yetirib.

Məhkəmə iclasında Səməd Əkbərov elan olunmuş ittihamda özünü təqsirli bilib.

O ifadəsində göstərib ki, Vəfa Əsgərovanı Binəqədi rayonunda yerləşən “Həkəri” kafesində tanıyıb: “2021-ci ilin mart ayının 6-da həmin kafedə müğənnilik edirdim. Həmin zaman Vəfa ilə tanış oldum. Vəfa da orada müğənni kimi mahnılar oxuyurdu. Birlikdə əvvəl başqa gecə klubuna, daha sonra otelə getdik”.

Səməd Əkbərov dindirilərkən mübahisə zamanı müğənni həmkarını şillə ilə vurduğunu təsdiqləyib.

Vəfa Əsgərova ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, Səməddən heç bir şikayət və tələbinin olmadığını söyləyib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər