Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda qardaşı ilə birgə arvadını və qonşusunu öldürən şəxsə AĞIR CƏZA

1 371
Paylaş:
Bakıda qardaşı ilə birgə arvadını və qonşusunu öldürən şəxsə     AĞIR CƏZA

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Anar Hacıyev və qardaşı Sakit Hacıyevin barələrində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən porsesdə qərar elan olunub.

Qərara əsasən, Anar Hacıyev 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasının ilk 4 ilini həbsxanada çəksin. Sakit Hacıyevin 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 18 illə əvəzlənib.

Qeyd edək ki, Anar Hacıyev 2020-ci ilin yanvarından etibarən arvadı Zərnişan Hacıyeva ilə həmkəndlisi və qonşusu olmuş Natiq Talıbovun intim münasibətləri barədə söz-söhbət eşidib.

O, həqiqəti bilmək adı ilə arvadı Zərnişanla evdə təklikdə söhbət edib, onun Natiqlə əvvəllər danışdıqlarını, amma hazırda heç bir münasibəti olmadığını aydınlaşdırıb. Anar arvadının qonşusu ilə intim münasibətləri barədə danışılanların həqiqətən baş verdiyi qənaətinə gəlib. O, arvadını və qonşusu Natiqi öldürməklə onlardan qisas almaq qərarına gəlib.

Anar niyyətini qardaşı Sakitə bildirib. Qardaşı ona hər iki şəxsin qətlə yetirilməsində razılığını ifadə edib. Onlar Natiqi və Zərnişanı qisas almaq məqsədi ilə öldürmək qərarına gəliblər.

2020-ci il martın 5-də saat 23 radələrində Anar Natiqə SMS yazıb, onun narkotik aludəçisi olmasını bildiyi üçün özündə narkotik vasitə olduğunu, gəlib götürməyi təklif edib. Görüşü Zabrat-Maştağa yolunun kənarına, Daş bazarı kimi tanınan yerə təyin ediblər.

İstintaq materiallarına görə, Anar və qardaşı Sakit sonuncuya məxsus “Daewo Nexia” markalı maşınla Zabrat-Maştağa yolunun kənarına, kanalizasiya sularının axıdıldığı boş torpaq və gölməçə yaxınlığına gəliblər. Natiqi də həmin yerə çağırıblar. Natiq həmin yerə martın 6-da gecə saat 1 radələrinədə çatıb. Orada qardaşlar Natiqi bıçaqlayaraq öldürüblər. Daha sonra Zərnişanı qətlə yetiriblər.

İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham elan edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər