“Yaşıl mil” filminin ulduzu Ceyms Kromvel özünü Nyu-Yorkdakı “Starbucks” qəhvəxanasının masasına yapışdırıb.
O, bu yolla içkilərdə bitki mənşəli südün qiymətinin artırılmasına qarşı çıxıb.
“13 mindən çox müştəri sizdən xahiş etdi və biz də xahiş edirik ki, veqan südünün qiymətini artırmağa son qoyasınız. Siz özünüzü zənginləşdirərkən müştərilər, heyvanlar və təbiət əziyyət çəkir”, - deyə 82 yaşlı sənətçi etiraz edib.