Yaponiya və Avropa İttifaqı bu gün Tokioda keçirilən sammitdən sonra rəqəmsal tərəfdaşlığın başlanmasına dair birgə bəyannamə qəbul ediblər.
Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Yaponiyanın baş naziri Fumio Kişida və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə birgə mətbuat konfransında deyib.
“Bu sammitdə biz bir sıra mühüm addımlar atdıq. İlk növbədə, Aİ və Yaponiya rəqəmsal tərəfdaşlığa başlayır”, - deyə o qeyd edib.