Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Həmkarlar İttifaqına cərimə protokolu yazıldı

919
Paylaş:
Həmkarlar İttifaqına cərimə protokolu yazıldı

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqına cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, İttifaq barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər