Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri böyük əhəmiyyət kəsb edir” – RƏY

937
Paylaş:
“Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri böyük əhəmiyyət kəsb edir” –       RƏY

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Azərbaycan xalqının unudulmaz oğlu, Azərbaycan dövlətçiliyinin banisi və qurucusu Ulu öndər Heydər Əliyevin 99-cu ildönümündə Füzuli və Şuşaya səfərə getmələri böyük əhəmiyyət kəsb edir. Çünki Ulu öndər bütün ömrünü Azərbaycanı azad görmək, torpaqlarımızı düşməndən təmizləmək arzusu ilə yaşayıb. O, sağlığında torpaqlarımızın düşmən işğalından azad edilməsinə nail olmasa da, bunun üçün bütün səylərini sərf edib. Ümumilli lider Azərbaycan torpaqlarının təcavüzkarlardan təmizlənəcəyinə, haqq-ədalətin bərpa olunacağına, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıdacaqlarına inanırdı. Ulu öndərdə bu inamı yaradan Azərbaycan xalqının mübarizliyi, oğullarımızın qətiyyəti və hər şeydən əvvəl isə, oğlu İlham Əliyevə olan güvəni idi. Bu gün Qarabağ torpaqlarının düşməndən azad edilməsi ilə Ulu öndərin doğum gününün həmin ərazilərdə qeyd edilməsi böyük rəmzi məna daşıyır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, səfər çərçivəsində Prezident torpaqların azadlığı uğrunda şəhid olmuş igidlərə, fiziki sağlamlığını fəda etmiş qazilərə öz ehtiramını, sevgi və qayğısını bir daha nümayiş etdirdi: “Prezident qətiyyətlə bildirdi ki, biz bu torpaqları canımız, qanımız bahasına azad etmişik və Qarabağın yenidən qurulması hər birimizin arzusudur. Cənab Prezident Ulu öndərin xidmətlərini nəzərə çatdırmaqla, atasına olan böyük sevgisini dilə gətirməklə bildirdi ki, bu gün atamın və Qarabağın azadlığını görmədən dünyadan köçmüş soydaşlarımızın ruhu şaddır. Əlbəttə ki, Prezidentin müraciətində Azərbaycan xalqının səsi, qəlbi, arzuları əks olunub. Cənab İlham Əliyev səfər zamanı Şuşa və Füzulidə bir sıra təməlqoyma mərasimlərində iştirak etdi, eləcə də aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış oldu. Ulu öndərə dərin ehtiramı bildirən Prezident qeyd etdi ki, biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Prezident İlham Əliyev sözlərində qətiyyətlidir və vədlərinə sadiqdir. Onun fəaliyyəti bunu hər zaman sübut edir. Sözsüz ki, görülən işlər onu deməyə əsas verir ki, Ölkə rəhbərinin siyasi gedişləri nəticəsində, Qarabağ torpaqları bundan sonra da bərpa ediləcək, yurd-yuvalar abadlaşdırılacaq və Qarabağ dünyanın ən gözəl yaşayış məskənlərindən birinə çevriləcək".

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər