Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Blinkenin Prezident İlham Əliyevə zəng etməsi bir daha sübut edir ki, Azərbaycan bölgənin lider ölkəsidir” – RƏY

1 397
Paylaş:
“Blinkenin Prezident İlham Əliyevə zəng etməsi bir daha sübut edir ki, Azərbaycan bölgənin lider ölkəsidir” –       RƏY

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) xarici siyasət üzrə Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi, əsasən, ikitərəfli əlaqələr, eləcə də Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlıdır. ABŞ Ermənistan hərbi cinayətkarlarının mövcud hakimiyyəti devirmək, eyni zamanda sülh prosesinə mane olmaq cəhdlərindən narahatdır. Xatırlatmaq istərdim ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Vaşinqtona səfəri zamanı sülh prosesində yaranmış durğunluğun səbəbinin məhz Köçəryanlar və Sarkisyanlar kimi üçüncü qüvvələrlə bağlı olduğunu ifadə edib”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat qeyd edib ki, Azərbaycanın mövqeyi birmənalıdır, bizə bölgəni tərəfdaşlıq və əməkdaşlıq formatına çevirmək üçün sülh sazişi lazımdır: “ABŞ bu istiqamətdə müəyyən töhvələr verə bilərsə, əlbəttə ki, bundan məmnun olarıq. Azərbaycanın əsas istəyi sülh müqaviləsinin qısa zamanda imzalanması, Ermənistanın bütün öhdəlikləri sürətli şəkildə yerinə yetirməsi və ərazi bütövlüyünün tanımasıdır. Azərbaycan strateji siyasətini hər zaman məhz əməkdaşlıq və tərəfdaşlıq üzərində qurur. Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda Azərbaycanın Ermənistana təqdim etdiyi baza prinsiplərinə dayanan 5 təklifin beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, eləcə də ABŞ tərəfindən dəstəklənməsi təqdirəlayiqdir. Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək Ulu öndər Heydər Əliyevin 99-cu ildönümü münasibətilə təbrik ünvanlaması, ikitərəfli əlaqələrin və Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və nəqliyyət-loqistika sahəsindəki rolunun qeyd edilməsi bir daha sübut edir ki, Azərbaycan bölgənin lider ölkəsidir”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər