Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın NATO-ya mümkün üzvlüyü ilə bağlı məsələni şərh edib.
Pravda.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın NATO-ya mümkün üzvlüyü ilə bağlı məsələni şərh edib.
Pravda.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Nazirliyin açıqlamasında bildirilib ki, Finlandiya rəhbərliyinin ölkənin NATO-ya daxil olması lehinə olan bəyanatı ümumi xarici siyasət kursunda köklü dəyişikliyə səbəb olacaq. Rəsmi Helsinki belə bir addımın məsuliyyətini və nəticələrini dərk etməlidir, Finlandiyanın NATO-ya daxil olması Rusiya-Finlandiya ikitərəfli münasibətlərinə, Şimali Avropa regionunda sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya bununla bağlı milli təhlükəsizliyinə yaranan təhdidləri dayandırmaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab addımları atmağa məcbur olacaq.
Leyla