Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının iclasının gələn həftə Moskvada keçirilməsi planlaşdırılır.
Pravda.az “TASS”a istnadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirib.
“Nəzərinizə çatdırım ki, biz azərbaycanlı həmkarlarımızla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının yaradılması məsələsi ilə bağlı danışmışıq. Belə görünür ki, Rusiya Baş Nazirinin müavini Aleksey Overçukla mayın 16-17-də Moskvada kommunikasiyalar üzrə razılaşdırılmış görüşlə yanaşı, həmin tarixlərdə həmçinin, delimitasiya və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub.”, deyə Mirzoyan qeyd edib.
Leyla