Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ukrayna Avropa İttifaqına üzv olur?

1 046
Paylaş:
Ukrayna Avropa İttifaqına üzv olur?

Ukraynanın Avropa İttifaqına daxil olması üçün müraciəti Avropa liderləri səviyyəsində iyunda müzakirə olunacaq.

Pravda.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Qeyd olunub ki, hazırda Ukraynanın müraciəti Avropa Komissiyası tərəfindən işlənilir.

Xatırladaq ki, bu həftə Ukrayna Aİ-yə üzv olmaq üçün sorğunun ikinci hissəsini Avropa Komissiyasına təqdim edib. İyun ayında statusla bağlı yekun qərarın veriləcəyi gözlənilir.

Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba məsələ ilə bağlı bildirib ki, əgər Avropa iyunda Ukraynaya namizəd statusu verməzsə, o zaman bu vaxta qədər onlar əməlləri ilə Ukrayna aldatmış olacaqlar.

Paylaş:

Ən son xəbərlər