Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Qalib Salahzadə: “Rəsul Quliyevin adamlarını müdafiə edirlər”

1 432
Paylaş:
Qalib Salahzadə: “Rəsul Quliyevin adamlarını müdafiə edirlər”

“İddiamız təmin olunmadığı üçün Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Açıq-aydındır ki, hakimlər Rəsul Quliyevin adamlarını müdafiə edirlər. Həmin ərazilərdə qeydiyyatım, 8 evim var. Hakim isə deyir ki, mən ev görmürəm. Doğrudan da, torpağı və evi satmışamsa, gərək notariusda alqı-satqıya dair sənədlər olsun. Başa düşə bilmirəm, bunlar elə bil qoçudurlar”.

Bunu Pravda.az-a açıqlamasında sabiq deputat Qalib Salahzadə Gələcək Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə Bilgəhdəki bağ evinə görə məhkəmə çəkişməsi barədə danışarkən deyib.

Q.Salahzadə bildirib ki, hakim Tahirə Əsədovanın dediyinə görə, həmin ərazidə cəmi 2 ev var: “Hakimə bildirdim ki, bu boyda evləri görmürsənsə, sənin atan, baban hansı evlərdə yaşayıb, sən hardan gəlmisən?! Mənim əlimdə 1994-cü ildə aldığım, nənəmin adına olan çıxarışlar var. Hakimsə iddia edir ki, onlar Rəsul Quliyevin övladlarına verilib. Rəsul Quliyevin 4 övladı ABŞ vətəndaşı, sənədlərində qeyd edilən ərazilər isə boş torpaq sahələridir. Həmin torpaqlar da mənə məxsus olan, yəni onların iddia etdiyi əraziyə yox, başqa sahəyə düşür. Yəni, hakimlər heç özləri də nə etmək lazım olduğunu bilmirlər, girinc qalıblar”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər