İvano-Frankovsk vilayətində Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya siyahısında olan kriminal avtoritet Apakiya Mamuka saxlanılıb.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Milli Polisin Strateji Araşdırmalar Departamentinin mətbuat xidməti məlumat yayıb.
Gürcüstanda anadan olan 45 yaşlı Rusiya vətəndaşı fərdi evlərdən birində saxlanılıb.
“Cinayət aləminin nümayəndələrinin təxribat fəaliyyətində və Rusiya hərbçiləri ilə əməkdaşlıqda iştirak edə biləcək şəxslərin yerlərinin müəyyənləşdirilməsi zamanı müstəntiqlər Mamuka ləqəbli “qanuni oğru”nun İvano-Frankovsk vilayətində gizləndiyi barədə məlumat alıblar”, - məlumatda vurğulanır.