BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş redaktordan nazirə cavab: “Boş qalan stadionlarda qoyun-quzu otlayır...”

“Fərid Qayıbov gənclər və idman naziri kimi işə yaxşı başlayıb, müxtəlif federasiyalarla, idmançılarla görüşlər keçirir, mətbuata da açıq biridir. Hiss olunur ki, həvəsli və enerjilidir. Amma futboldan danışarkən gəlişigözəl sözlər qurmamalıdır, məntiqli açıqlama verməlidir”.

 

Bunu Pravda.az-a komanda.az saytının baş redaktoru Rəşad Ergün Gənclər və idman naziri Fərid Qayıbovun “Ölkə futbolunun səviyyəsinin nə zaman yüksələcək?” sualına “Bilmirəm” cavabını verməsinə münasibət bildirərkən deyib.

 

“Birincisi, dövlət futboldan narazıdırsa, niyə özünün təyin etdiyi Rövnəq Abdullayevi 15 ilə yaxındır, AFFA prezidenti postunda saxlayır? Bunu uşaq da bilir ki, AFFA-da prezident “seçkilər”i necə keçirilir. İkincisi, Fərid Qayıbovdan soruşmaq lazımdır ki, Bakının “İnter” (indiki “Şamaxı”) klubunun sabiq prezidenti Cahangir Hacıyev hardadır? Bəs Zaqatalanın “Simurq” komandasının prezidenti hardadır? Hər ikisi həbsdə. “Bakı” klubunun prezidenti Hafiz Məmmədov müflis olub, “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimov həbsdən yeni çıxıb. Sadalananlar bitmir... “Xəzər Lənkəran” klubunun, İmişlinin “MKT-Araz” komandasının boş qalan stadionlarında qoyun-quzu otlayır. Vaxtı ilə ölkədə uşaq futbolunun əsas bazalarından sayılan “Bakı” klubunun stadionunun, bazasının yerində indi bilirsiz nə tikirlər? Yaşayış kompleksi. Bütün bunlardan sonra kim Azərbaycanda futbola pul qoymaq, sponsorluq etmək istəyər? Həm də, açıq danışaq, kim sponsorluq edəcək? Gül dükanları, ya siqaret satan köşklər? Nə demək istədiyim, yəqin ki, anlaşılandır... Bir sözlə, Gənclər və idman naziri belə bir şəkildə açıqlama verməməli idi” – R.Ergün qeyd edib.

 

Leyla

Tarix: 13 May 2022, 13:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin