BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski “Putinlə görüşə hazıram” dedi, Kreml cavab verdi

Ukrayna prezidenti Volodmir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə və danışmağa hazırdır.

 

Pravda.az "RBC Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı İtaliyanın “Rai 1” telekanalına müsahibəsində deyib.

 

Zelenski vurğulayıb ki, görüş Kremlyönlü vasitəçilər və ultimatumlar olmadan, dialoq şərtləri ilə hayata keçirilə bilər.

 

Ukrayna rəhbəri bildirib ki, vəziyyət hər gün daha da mürəkkəbləşir: “Düşünürəm, çünki kiçik şəhərlər hər gün işğaldan azad edildikcə orada rus hərbçilərinin qoyub getdiyi zorakılıq, işgəncə, edam izlərini görürük. Bu da danışıqların mümkünlüyü ilə bağlı məqamı daha da mürəkkəbləşdirir”.

 

Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Vladimir Putinlə Ukrayna prezidenti Volodmir Zelenski arasında görüşdən imtina edilmir, lakin görüşün hazırlıqsız keçirilməsi də mümkün deyil.

 

Leyla

Tarix: 13 May 2022, 13:53   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin