BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə xəstə qızı zorlayan 62 yaşlı kişi məhkəmə qarşısında

Gəncə şəhərində sağlamlıq imkanları məhdud olan 17 yaşlı gənci zorlamaqda təqsirləndirilən Rəşid Gözəlov məhkəmə qarşısına çıxarılır.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, onun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim hakim Xəqani Səmədovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Əgər R.Gözəlovun cinayət əməli sübuta yetirilərsə, onu beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

 

Qeyd edək ki, bu ilin mart ayında sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan və yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu R.Gözəlov tərəfindən zorakılığa məruz qalması və hamilə olması ilə bağlı məlumat yayılmışdı.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Daha sonra R.Gözəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kəpəz Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

 

Kamal Məmmədov

Tarix: 13 May 2022, 14:16   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin