Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 13-də onun iştirakı ilə MDB Xarici İşlər Nazirləri Şurasının iclasının keçirildiyi Tacikistanın paytaxtı Düşənbədə jurnalistlərə qarşı kobudluq edib.
Pravda.az-ın xəbərinə görə, görüşdən və S.Lavrovun mətbuat konfransından sonra “Current Time” telekanalının müxbiri hökumət iqamətgahı xiyabanı boyu heyəti ilə birgə hərəkət edən nazirə sual verməyə çalışıb. Lakin jurnalistin sual vermək cəhdinə ilk növbədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova reaksiya verib. Jurnalistin mətbuat konfrasında iştirak etmədiyini vurğulayan sözçü ona bildirib: “Siz gəlib iştirak edə bilərdiniz”.
Telekanal müxbiri isə tədbirə buraxılmadığını və bunun Mariya Zaxarovanın tapşırığı əsasında olduğunu qeyd edib. XİN-in sözçüsü cavab olaraq məsələdən bixəbər olduğunu söyləyib.
XİN başçısı Sergey Lavrov isə jurnalistə üz tutaraq “Get tovuzquşu ilə danış” deyib.