“Rusiya ilə müharibə o qədər yaxşı gedir ki, avqustun ortalarında dönüş nöqtəsinə çatacaq”.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “SkyNews” telekanalına eksklüziv müsahibəsində deyib.
O bildirib ki ilin sonuna qədər müharibə tam başa çatacaq.
“Dönüş nöqtəsi avqustun ikinci yarısında olacaq. Bu ilin sonuna kimi aktiv döyüş əməliyyatlarının böyük hissəsi başa çatacaq. Nəticədə biz itirdiyimiz bütün ərazilərimizdə, o cümlədən Donbasda və Krımda Ukraynanın gücünü bərpa edəcəyik”, - deyə Budanov vurğulayıb.