BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Mübariz Mənsimovla görüşmək fikrim olarsa, kimdənsə çəkinmirəm, görüşərəm”

“Heç kəs özünü Tahir Kərimli ilə müqayisə etməsin. Mübariz Mənsimovla görüşmək fikrim olarsa, kimdənsə çəkinmirəm, görüşərəm. Heç bir gizli işim yoxdur”.

 

Bunu Pravda.az-a açıqlamasında hazırda səhhəti ilə əlaqədar Türkiyədə müayinə olunan Azərbaycan Milli Məclisinin deputatı Tahir Kərimli deyib.

 

“Bilmirlər ki, necə adamam?! Türkiyədəyəm, müalicə alıram. Fürsətdən istifadə edib, İstanbulu da gəzmişəm, Atatürkün məzarını ziyarət edəcəyəm. Daha sonra bir sıra partiya sədrləri ilə görüşəcəyəm. Kiməsə hesabat vermək fikrim yoxdur. Bunu bilsinlər. Dillərini qarınlarına qoysunlar. Kimdənsə qorxurammı, çəkinirəmmi?! Nə ayıb işim var ki?! Rəsmi şəkildə icazə almışam və müalicəyə gəlmişəm, vəssalam” – T.Kərimli qeyd edib.

 

Nadir

Tarix: 14 May 2022, 00:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin