Abşeron Rayon Məhkəməsində “Optima.az" MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.
Qeyd: Şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokollar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Kamal Məmmədov