BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Eurohome" şirkəti ilə bağlı qərar verildi

Binəqədi Rayon Məhkəməsində "Eurohome" MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.

 

Xatırlatma: "Eurohome" MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Qeyd: 2019-cu il dekabrın 10-da "EuroHome" ticarət mərkəzində yanğın hadisəsi baş verib. Nəticədə 128 nəfərə məxsus əmlak yanıb. Faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanılıb, bir neçə şəxs həbs edilib.

 

Kamal Məmmədov

Tarix: 14 May 2022, 07:20   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin