“Nəhayət, vacib istiqamətlərdin biri 18% ƏDV-dən azad edildi. Azərbaycan dilində lazımı kitabların tapılması müstəqilliyin ilk günlərdən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalır. Səbəb bir deyil: tərcumə problem, termin problemi, oxucu azlığı və istəksizliyi. Ən böyük problem isə maliyyə problem idi. İstər tərcümə edilən, istərsə də yeni yazılan kitabların ərsəyə gəlməsi üçün xeyli vəsait lazım olur. Yuxarı maya dəyəri və bərbad satış səviyyəsi kitab sənayesini torpaqda sürüdür. Buna görə də zaman-zaman həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının ƏDV-dən azad edilməli olduğunu deyirdik. Nazirlər Kabineti məhz həmin qərarı təsdiqləməklə kitabsevərləri sevindirdi. Düzdür, cənab Prezident tərəfindən 2021-ci ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklikdən sonra bu qərar gözlənilirdi. Çünki ƏDV-dən azad edilən mal və məhsulların siyahının təsdiqlənməsi Nazirlər Kabinetinə tapşırılmışdı. Beləcə kitabsevərlər sevinəcək”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.