BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şirkətdən oğurluq edən əcnəbi məhkəmə qarşısında

Bakıda oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşı Kokoşvili Georgi Otaroviçin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Rauf Əhmədovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: Gürcüstan vətəndaşı, 1975-ci il təvəllüdlü G.Kokoşvili 2021-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddətdə işlədiyi və Nizami rayonu Keşlə qəsəbəsi Sabir küçəsində yerləşən avtomobillərə qaz qurğularının quraşdırılması üzrə fəaliyyət göstərən “Prend Avtoqaz” şirkətinin anbarından külli miqdarda avadanlıq oğurlamasının üstü açılıb.

 

Məlum olub ki, orada mütəxəssis kimi Georgi gizli olaraq dəfələrlə şirkətin anbarına daxil olub və hissə-hissə olmaqla dəyəri 50 min manata yaxın avadanlıqları oğurlayıb.

 

Daha sonra G.Kokoşvili həbs edilib, onun barəsində cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 14 May 2022, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin