BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Xankəndidə rus yaşayır ki, orada icma da yaradırlar?!”

“Elə Araikin özü və onun cinayətkar qurumu kimi Xankəndidə yaradılmış rus icması da saxtadır. Xankəndidə rus yaşayır ki, orada icma da yaradırlar?! Rusiyalı hərbçilər də Xankəndinin daimi sakinləri deyil, onlar müvəqqəti yerləşdiriliblər, vaxtı gələndə Azərbaycan ərazisindən çıxıb gedəcəklər. Fikrimcə, hər bir dövlət dünyada baş verən hadisələrdən düzgün nəticə çıxarmağa çalışmalıdır. Xüsusilə də Rusiya Ukrayna müharibəsi nəticəsində dünyanın ona qarşı çıxmasından dərs almalıdır. İndi Xankəndidə yaradılmış rus icmasında olduğu kimi, Rusiyanın təhriki ilə yaradılmış qondarma Donetsk və Luqansk respublikalarının, Osetiya, Abxaziya, eləcə də Krım “vətəndaşları” üçün də Rusiya pasportları paylanılıb. Sözsüz ki, bu gün Rusiyanın düşdüyü vəziyyət göz qabağındadır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat qeyd edib ki, dünya ictimaiyyətinin Rusiyaya qarşı mövqeyi, tətbiq edilən sanksiyalar və göstərilən qəti müqavimət açıq-aşkardır: “Hesab edirəm ki, Rusiya hansısa təxribat törədərək özünə əlavə problemlər yaratmamalıdır. Ona görə də Rusiyanın Xankəndidə təxribat xarakterli əməllər törədəciyə inanmıram. Nəzərə almaq lazımdır ki, fevalın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında saziş imzalanıb. Həmin sazişə əsasən, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmaq, separatçılığa qarşı mübarizə aparmaq, sərhədlərin tanınması və s. nəzərdə tutulub. Yəni, biz əməkdaşlıq və dostluqdan danışırıqsa, gərək Rusiya öz imzasına hörmət edib səmimi davransın. Belə olan halda, Rusiya hansısa xoşagəlməz əməllərin törədilməsi üçün separatçılara rəvac verməməlidir. Əksinə, Rusiya üçtərəfli bəyannamələrdə separatçıları Azərbaycan ərazisindən uzaqlaşdırmağı üzərinə götürüb. Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisində yerləşdirilməsində məqsəd bu olsa da, indi başqa cür fəaliyyətlə məşğuldurlar. Bu da, təbii ki, iki dövlət arasında xoşagəlməz gərginliyin yaranmasına səbəb ola bilər. Fikrimcə, Rusiya növbəti mərhələdə hansısa təxribatlar törətməyəcək. Azərbaycan Rusiyaya qarşı hər zaman səmimi olub və mehriban qonşuluq münasibətləri sərgiləyib”.

 

Nəzrin Cavid

Tarix: 14 May 2022, 11:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin