Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Dollar dəyişənlər vergi ödəyicisi kimi qeydiyyata alınırlar? – Ekspert aydınlıq gətirdi

1 804
Paylaş:
Dollar dəyişənlər vergi ödəyicisi kimi qeydiyyata alınırlar? –       Ekspert aydınlıq gətirdi

“Vətəndaşın il ərzində dollar alması üçün limit təyin edilib. Bu limiti tamamlayan vətəndaşlar üçün banklarda VÖEN açdırmaları tövsiyə edilə bilər, amma bu cür tələb qoymaq əsassızdır. Nəzərə almaq lazımdır ki, vətəndaş vergi ödəyicisi kimi daha çox dollar ala bilər”.

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

R.Həsənov qeyd edib ki, vətəndaşın vergi ödəyicisi kimi qeydiyyata alınması da asan proses deyil: “Yəni, bunun üçün vətəndaş sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Təkcə dollar almaq üçün VÖEN açdırmaq doğru deyil. Mən bankların dollar dəyişmək üçün belə tələb irəli sürməsi halı ilə rastlaşmamışam. Ola bilər ki, kommersiya şirkətləri tətəfindən vətəndaşlara tövsiyə edilsin”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər