BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Aysel Əlizadə: “Mütaliə problemi cəmiyyətimizdə əvvəldən də var idi…”

“Kağızın, həmçinin digər çap məhsulları üzərinə qoyulan əlavə dəyər vergisinin götürülməsi cəmiyyətə hər tərəfli müsbət təsir edə biləcəyini düşünürəm. Qiymətlərin aşağı düşməsi, əlbəttə, insanlar arasında mütaliənin artmasına səbəb ol bilər. Ancaq indi belə ümumi olaraq götürdükdə, kitab satışda olan ən ucuz şeylərdən biridir, ən ucuz əşyadır. Kitabın maksimum dəyəri nə qədər ola bilər ki? Oxumaq istəyən onsuzda oxuyur, amma yenə də qeyd edim ki, ucuzlaşma da yəqin ki, buna təsir edər. Ümumiyyətlə, cəmiyyətdə nə çox təbliğ olunursa, insanlar da həmişə ona maraq göstərir. Məsələn əgər kitab oxumaqla uğur qazanan, bilgili olan bir insanın hansı zirvələrə çatdığı, onun cəmiyyətdə necə uğurlu adama çevrilməsi faktoru daha çox təbliğ edilərsə, hamı ondan örnək götürə bilər. Əlbəttə ki, bu şəxsi görən adamlar da deyəcək ki, gedim mən də oxuyum”.

 

Bunu Pravda.az-a açıqlamasında yazıçı Aysel Əlizadə deyib.

 

A.Əlizadənin sözlərinə görə, elə bir sistem olmalıdır ki, orada mütaliəli, oxumuş adamlar uğur qazana bilsin: “Sistemin özü o adamları uğurlu adama çevirə bilməlidir. Əgər həmin insanlar üçün sistemdaxili müəyyən imkanlar yaransa və bu öz nəticəsini versə, bu hal digərləri üçün də örnək olar. Yoxsa insanlar görəndə ki, kimsə çox oxuyub, ancaq həmin şəxs uğursuzdur, kasıb yaşayır, ehtiyac içərisindədir, düşünürlər ki, oxumaq mənim də həyatıma təsir etməyəcək, niyə oxuyum ki? Məncə oxumuşluğun gətirdiyi dividentlərin örnək şəklində təqdim edilməsi vacib şərtdir. İnsanlar bundan agah olsalar, oxumağa meyil salacaqlar.”

 

A.Əlizadə sosial şəbəkələrin kitab oxumağa müəyyən təsirinə də toxunub: “Sosial şəbəkə fenomenliyindən qaça bilmərik, çünki bu XXI əsrin tələbidir. Yəni sosial şəbəkələr təkcə bizdə deyil ki, başqa ölkələrdə də var. Baxırsan ki, mütaliə göstəriciləri ən yüksək olan ölkələr elə məhz sosial şəbəkələri yaradanlardır. Mütaliənin yüksək olduğu ölkələrin sıralamasında müasir kommunikasiya texnologiyalarını yaradan ölkələr var. Sosial şəbəkələrin istifadəsi auditoriya fərqinə hesablanır. Oxumuş adam da böyük auditoriya qazana bilir. Yəni bu bir həkimin, müəllimin trendə ayaq uydurması ilə bağlıdır. Bir sözlə, sosial şəbəkələr həm də imkan verir ki, mütaliəni, elmi təbliğ edəsən. Oxuduğu kitabları, əsərləri təbliğ edən, müzakirə quran yutuber, bloqerlər çoxdur. Həmin insanlar sosial şəbəkələrdə öz auditoriyasını yığa bilir. Düşünürəm ki, sosial şəbəkələrin məşhurluq qazanmasına baxmayaraq, bu, cəmiyyətimizdə mütaliənin azalmasına təsir etməyib. Mütaliə problemi cəmiyyətimizdə əvvəldən də var idi. Yarmarkalar keçirilir, kitablar satılır. On il əvvəl heç bu da yox idi, yalnız saytlardan oxuyurdular yazıları. Əvvəl isə ümumiyyətlə bu sahədə böhran idi.”

Tarix: 14 May 2022, 12:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin