BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş millət vəkilinin tənqidinə bu foto ilə cavab verdi

Türkiyəli  aktrisa Melis Sezen MHP-nin (Milliyetçi Hareket Partisi) keçmiş millət vəkili Ahmet Çakarın canl yayımda onun haqqında dediklərinə ilk dəfə münasibət bildirib.


Pravda.az xəbər verir ki, aktrisa mübahisəyə səbəb olan libasla qatıldığı gecədən şəkil paylaşaraq bu sözləri yazıb:


"Bu fotonu paylaşmadım, ürəyimdə qalmışdı. Qalmasın. Biz qadınlar çox güclüyük, bundan sonra da böyük nailiyyətlər əldə edəcəyik və hər yerdə işıq saçacağıq. Ruhumuz necə istəyirsə, elə. Qoy bu nur hər kəsin qəlbini doldursun və işıqlandırsın..."


Qeyd edək ki, A.Çakır qonaq olduğu proqramda aktrisanın ünvanına “Sadakatsiz” adlı serialda oynayan bir qız var. Adını, filan bilmirəm. Ötən gün bir qala gecəyə dəvət edilmişdi. Bir libas geyinib, geyim qanunla qadağandır. Çünki sinə dekoltesi tamamilə açıqdır, ictimaiyyət arasında özünü göstərir. Yəni büstqalter yoxdur” sözlərini səsləndirmişdi. Bundan sonra bir çox sənətçi Melisə dəstək olaraq Çakırın ünvanına sərt tənqidlər ünvanlamışdılar.

Tarix: 14 May 2022, 13:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin