Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Cavid Osmanov: “Bakıdakı aksiyada LGBT bayrağının qaldırılması və ədəbsiz şüar səsləndirilməsi biabırçılıq idi”

2 043
Paylaş:
Cavid Osmanov: “Bakıdakı aksiyada LGBT bayrağının qaldırılması və ədəbsiz şüar səsləndirilməsi biabırçılıq idi”

“Bu gün dağıdıcı qüvvələr Bakının mərkəzində aksiya keçirib. Mitinq bir neçə gün idi ki, reklam edilirdi, insanlara çağırış olunurdu. Amma aksiya tamamilə iflasa uğradı, insanlar qatılmadılar...”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.

C.Osmanovun sözlərinə görə, aksiyanın təbliğatında təxribatçı xarici media qurumları da fəallıq göstəriblər: “ABŞ-ın “Azadlıq radiosu” və “Amerikanın səsi” radiosunun davranışında açıq-aydın qərəz nümayiş olunurdu, çağırışlar edilirdi. “Sputnik” agentliyi Qazaxıstanda necə davranırdısa, bunlar da elə davrandılar. Mitinqdə müxtəlif rənglərdə gödəkçələr geyinən qızlar çalışırdılar ki, özlərini jurnalist kimi təqdim etsinlər. Amma belə jurnalist davranışı olmaz. Jurnalist deyildilər, radikal qüvvələrin, “Beşinci kolon”un dəstəkçiləri idilər. Polisi təxribata çəkmək istədilər, “Polis olma, adam ol” tipli yersiz şüarlar, təhqir səsləndirilməsinə baxmayaraq, asayiş keşikçiləri təmkin nümayiş etdirdilər. Bunu hər kəs gördü. Orada LGBT bayrağının qaldırılması və ədəbsiz şüar səsləndirilməsi biabırçılıq idi. Görünür, radikal müxalifət, “beşinci kolon” aktivləşib, ölkədə sabitliyi pozmağa cəhd edirlər. Amma heç vaxt buna nail ola bilməyəcəklər. Azərbaycanda milli birliyi kimsə poza bilməz. Xalq Prezident İlham Əliyevin ətrafında birləşib. Biz o qüvvələrə qarşı xalq olaraq mübarizə aparırıq”.

Leyla

Paylaş:

Ən son xəbərlər