“Bakıda dünənki icazəsiz aksiyanın ardınca Britaniyanın Azərbaycandakı Səfirliyinin öz üzərinə "ədalət jandarmı" missiyası götürmək cəhdləri təəccüb və təəssüf doğurur. Səfirliyin yaydığı rəsmi mövqenin yalnız bu qisminə qatılaraq mən də hesab edirəm ki, "dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır." Lakin, Avropa hüquq məkanında da qəbul olunan təcrübəyə uyğun olaraq söhbət yalnız və yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlər çərçivəsində, icazəli aksiyadan gedə bilər”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.