“Minlərlə insan Bakı Marafonuna qatılmaq üçün Bayraq meydanına gəlmişdi. Ərazidəki maşın dayanacağı məhdud sayda avtomobil qəbul etdiyi üçün marafon iştirakçıları avtomobillərini yol kənarında park etməyə məcbur idilər. Yol kənarı park edilən avtomobillərin sayı bəlkə də 200-dən artıq idi. Bu cür tədbirlərdə düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi güzəştə getməlidir, ucdantutma hər kəsə cərimə yazmaq olmaz!”
Pravda.az-ın xəbərinə görə, bunu deputat Müşfiq Cəfərov bildirib.