Nəsimi Rayon Məhkəməsində keçmiş arvadını döyməkdə təqsirləndirilən Ziyad Şükürovun (ad, soy adı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Qeyd: Hadisə 10 aprel 2022-ci il tarixdə saat 23:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən yaşayış binasının blokunda qeydə alınıb.
Belə ki, binanın blokunda Ziyad Şükürovla keçmiş həyat yoldaşı Gülnarə Əsgərova (ad, soy adı şərti) arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman o, Gülnarənin bədən nahiyyəsinə yumruq və ayaq zərbələri endirib.