Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Zahid Oruc: ““Avroviziya” məsələsi ilə bağlı Azərbaycana qarşı kampaniya aparmaq doğru deyil”

1 280
Paylaş:
Zahid Oruc: ““Avroviziya” məsələsi ilə bağlı Azərbaycana qarşı kampaniya aparmaq doğru deyil”

““Avroviziya” mahnı yarışmasında səsvermə prosesində hansısa müdaxilənin və siyasətin əsas götürüldüyünə dair iddialar uzun illərdir mövcud olub. Burada Azərbaycanın atdığı addımların hansısa bir siyasətlə əlaqələndirilməsi, münsiflər heyətində səsinin dayandırılması düzgün deyil. Düşünürəm, bu yöndə daha konkret addımlar atılacaq. Bilavasitə işin içində olan səlahiyyətli qurumlar, Avropa Yayım Şurası ilə əlaqəli fəaliyyət aparanlar, ümidvaram, məsələyə aydınlıq gətirəcəklər. “Avroviziya”da Azərbaycanın tutduğu mövqeyə siyasi və ya qeyri-siyasi ətrafda informativ cəbhə açılması, bundan bizə qarşı kampaniya kimi istifadə olunması doğru deyil”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Avroviziya-2022” mahnı yarışması zamanı Azərbaycanın Ukraynaya verdiyi 6 xalın hesablanmaması barədə danışarkən deyib.

Z.Oruc bildirib ki, bu platformanın yaradılması ötən əsrin 60-cı illərində reallaşıb, böyük Britaniya şəhzadəsi tərəfindən musiqinin dünya çapında yumşaq güc siyasəti kimi genişlənməsi məqsədilə irəli sürülüb: “Bu, başadüşüləndir. Həqiqətən də artıq dünyada mədəni və incəsənət məkanı öz-özlüyündə siyasətdən kənar deyil. Ölkələr arasında müxtəlif qruplaşmaların və hər hansı sövdələşmələrin olduğuna dair iddialar media məkanında həddən artıq çoxdur. Ötən əsrin 80-90-cı illərinə nəzər salsaq, bu kimi addımların atıldığını görə bilərik. Qaliblərlə də bağlı məsələlərin məhz aktiv siyasi dönəmlərdə gerçələşməsinə dair rəylər var. Hətta bir sıra hallarda bunu az qala konspirativ nəzəriyyələrlə bağlayırlar. “Avroviziya”da qalib gələn mahnıların sonradan dünya mədəniyyətinə töhvəsi olmalıdır. Amma təəssüf ki, 4 il sonra qaliblərin adı və sənəti unudulur. Əksər hallarda təmsil etdikləri ölkələrdə tanınmayan, mədəniyyətə və incəsənətə aid olmayan şəxslər bir mahnının qəhrəmanına çevrilirlər”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər