Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının N hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib.
MN-dən verilən məlumata görə, çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb.
Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib.